“LG Display” 6,7 milyard dollarlıq mənfəət əldə etdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“LG Displey” şirkəti 2017-ci il dekabrın 31-də yekunlaşan keçən rüb üzrə fəaliyyətinin nəticələrini açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, 2017-ci ilin dördüncü rübündə şirkətin mənfəəti üçüncü rüblə müqayisədə 2 faiz artaraq 6,68 milyard dollar olub. Ancaq 2016-cı ilin dördüncü rübü ilə müqayisədə satışların azalması 10 faiz təşkil edib. 

2017-ci ilin dördüncü rübündə şirkətin əməliyyat gəlirləri 42 milyon dollar təşkil edib. Bu göstərici 2017-ci ilin üçüncü rübü ilə müqayisədə 92 faiz, 2016-cı ilin dördüncü rübü ilə müqayisədə isə 95 faiz azalma qeydə alınıb. 

Hesabatına daha parlaq çalarlar qatmaq üçün “LG Displey” bildirib ki, şirkət 23 rüb ard-arda gəlir əldə edir və itkilərlə üzləşmir. 

Hesabat dərc edildikdən sonra şirkətin səhmləri təxminən 5 faiz artıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp