Kür çayının ortasında istirahət məkanı – Mingəçevirdə



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Mingəçevirdə Kür çayının ortasındakı ada istirahət məkanına çevrilib. Əraziyə gediş-gəliş gəmi və katerlərlə mümkündür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, dəli Kürün sulara qərq edə bilmədiyi maraqlı məkan Mingəçevirdə yerləşir.

Şəhərdən 4 kilometr uzaqlıqda olan ada turistik zona olaraq diqqət çəkir. 2013-cü ildən insanların ayaq basdığı məkan bu gün fərqli görünüşə malikdir. Dörd ildən artıqdır ki, adada təmizlik işləri aparılır, Təbii landşaft bərpa olunur. İki mindən artıq müxtəlif növ ağaclar əkilib. Burada yerli sakinlərin, turistlərin rahat gediş-gəlişi üçün gəmi və katerlərdə fəaliyyət göstərir.

Kür çayının Mingəçevirdən keçən hissəsində yerləşən adanın ərazisində balıqçılıq və ovçuluq üçün əlverişli şərait var. Bundan başqa, maraqlı məkanda stend atıcılığı, peyntbolla məşğul olmaq mümkündür. Yerli və əcnəbi turistlər burada dincəlməklə yanaşı, maraqlı idman oyunları ilə də məşğul ola bilər.

Sakit və maraqlı məkana hazırda şəhərdə və qonşu rayonlarda təhsil alan tələblər üz tutur. Yay fəslində xarici turistlər bu məkana daha çox cəlb edilməsi nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Kür çayının ortasında istirahət məkanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp