Kosovo Futbol Federasiyasının prezidenti Azərbaycan millisini favorit sayır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Kosovo yığmasının baş məşqçisi yaxın bir ay ərzində müəyyənləşəcək.

Milli,Az report-a istinadən xəbər verir ki, bu barədə Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokri bildirib. Onun sözlərinə görə, hazırda namizədləri gözdən keçirirlər:

“Əvvəlcə qrup barədə danışaq. Dəqiq olan bir şey yoxdur, yalnız mülahizələrdir. Baş məşqçi məsələsinə gəlincə, təyinat fevralda baş tutacaq. Namizədlər var. Bəzi detalları öyrənmək lazımdır”.

F.Vokrinin fikrincə, D liqasında III qrupun ən yaxşısı Azərbaycan yığmasıdır. Buna rəğmən, maksimum nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayan prezident deyib ki, Kosovo millisi Malta və Farer adalarından daha keyfiyyətli komandadır:

“Oyunlar asan keçməyəcək. Lakin komandaların keyfiyyətlərinə baxsaq, Azərbaycanla rəqabət aparmalı olacağımızı söyləməliyəm. Yaxşı hazırlaşmalıyıq və məqsəd yalnız qrup birinciliyi olmalıdır”.

Qeyd edək ki, D Liqasında mübarizə aparacaq Azərbaycan millisi Malta, Kosovo və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb. Kosovo kollektivinə müvəqqəti olaraq Muharrem Sahiti rəhbərlik edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp