Kilsə çalışır ki, insan kriptovalyutanın qulu olmasın



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Kilsə çalışır ki, insan kriptovalyutanın qulu olmasın.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Federasiya Şurasında çıxışı zamanı Rus pravoslav kilsəsinin rəhbəri, patriarx Kirill deyib.

Patriarx qeyd edib ki, son zamanlar insanlar daha tez zənginləşmək üçün əmlaklarını satıb müxtəlif kriptovalyutalar, bitkoinlər alır: “Amma sonra bitkoinin dəyəri qəfildən düşür və insanlar başa düşür ki, heç nə qazanmayıb, əksinə hər şeyi itiriblər”.

Kilsə rəhbəri vurğulayıb ki, bu vəziyyətdə dövlət vətəndaşları risklərdən və hətta yalanlardan qorumalıdır. O əlavə edib ki, ona görə bu məsələdə dövlət tənzimləməsi olmalıdır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp