Jurnalist xanım Gəncədə dəfn edildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Rusiyanın Həştərxan vilayətində avtomobilin vuraraq öldürdüyü azərbaycanlı jurnalist Ülviyyə Şamilqızı (Məmmədova) dəfn olunub.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, mərhumənin cənazəsi Azərbaycana gətirilib və bu gün Gəncə şəhərində yerləşən İmamzadə kompleksinin, İmamzadə qəbiristanlığında torpağa tapşırılıb.

Dəfndə Ü.Şamilqızının ailə üzvləri, yaxınları və jurnalist həmkarları iştirak ediblər.

Qeyd edək ki, hadisə yanvarın 23-də vilayətin Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştərxan şosesinin 1378-ci kilometrliyində, Magistral küçəsində baş verib.

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Həştərxan Vilayəti üzrə Polis İdarəsinin yaydığı məlumata görə, Ü.Şamilqızını adı açıqlanmayan 30 yaşlı şəxsin idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil vurub. Hadisə tənzimlənməyən piyada keçidində baş verib. Şosenin həmin hissəsindən piyadanın keçməsi qayda pozuntusu sayılmır. Orada işıqfor və keçid üçün zolaq qoyulmadığından tənzimlənməyən piyada keçidi adlanır.

Xatırladaq ki, 1986-cı il təvəllüdlü Ü.Şamilqızı uzun müddət Azərbaycanın bir sıra KİV-lərində, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp