İsraildə uşaq qəbirlərini niyə açırlar?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“The Guardian” yazır ki, İsrail ölkənin əsası qoyulandan az sonra öldüyü düşünülən uşaqların məzarlarının açılmasına icazə verib. Bu körpələrin valideynlərindən oğurlandığına dair iddialarla bağlı mübahisələr uzun müddətdir ki, davam edir.

Ailələr və fəallar inanırlar ki, bir neçə min körpə, xüsusilə də yoxsul Yəmən yəhudilərinin icmalarından oğurlanaraq Şərqi Avropadakı uşaqsız yəhudi ailələrinə satılıb. Başqa ərəb və Balkan yəhudiləri də İsrailə gəldikdən az sonra körpələrinin onlardan alındığını iddia edirlər.

İddialara görə körpələr Qərb əsilli yəhudilərə verilib.

Hökumətin apardığı təhqiqatlar itkin uşaqların böyük əksəriyyətinin öldüyünü göstərib. Təhqiqat nəticələrində deyilir ki, uşaqlar, əsasən qəbul çadırlarındakı ağır yaşayış şəraitinə dözməyərək vəfat ediblər.

Amma ailələr bidirirlər ki, onlara uşaqlarının öldüyü barədə məlumatla birlikdə ölüm haqqında şəhadətnamələr, bir çox hallarda isə hətta meyitlər verilməyib. Bəziləri uşaqlaırnın hələ də sağ qaldığına və uşaq qəbirlərinin boş olduğuna inanırlar. İndi isə dövlət prokurorluğu 17 ailənin xahişinin icra olunmasına və qəbirlərin açılaraq DNT analizinin keçirilməsinə razılıq verib.

Prokurorluğun bəyanatında deyilir ki, “bu qərar Yəməndən, Balkanlardan olan uşaqların ölümünə və dəfninə dair həqiqətin üzə çıxarılmasının ictimai əhəmiyyətinə görə qəbul edilib…”

1949-cu və 1950-ci illərdə Yəhudi Agentliyinin məxfi uçuşları ilə İsrailə 50 min Yəmən yəhudi qaçqını gətirilib. Yəməndə yalnız 50 yəhudinin qaldığı bilinir. Qaçqınlardan çoxu aylarla Yəmən və İsraildəki aralıq düşərgələrdə, ağır şəraitdə yaşamağa məcbur olublar.

2016-cı ildə İsrailin dövlət arxivi özünün internet saytında uşaqların oğurlanması barədə iddialara aydınlıq gətirə biləcək 200 minədək sənədi yerləşdirib.

Yəmən yəhudilərinin hüquqlarını müdafiə edən “Achim Vekayamim” assosiasiyası qəbirlərin açılmasına dair qərarlı alqışlayıb, lakin bu işdə müəyyən məhdudiyyətlərin olduğunu bildirib.

Təşkilatın bəyanatında deyilir ki, İsrail hökuməti dövlətin əvəzinə uşaq oğurluqlarına görə məsuliyyəti öz üzərinıə götürməlidir.

“Yalnız məsuliyyətin qəbul edilməsi və həqiqətin açılması ailələrin, cəmiyyətin və bütövlükdə İsrailin yaralarını sağalda bilər” – bəyanatda deyilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp