İspaniya kralının çıxışı ciddi əks-səda doğurub



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Davos Forumunda çıxış edən İspaniya Kralı VI Felipenin “İspaniya artıq Avropanın yaralı yeri deyil, İspaniya iqtisadi mühərrikdir” sözləri yerli mediada müzakirə mövzusu olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kral çıxışında bütün Forum iştirakçılarını ölkəsi ilə biznes əlaqələrinə dəvət edib. O vurğulayıb ki, hazırda İspaniya rəqabətədavamlılığı ilə iri investisiya layihələrinin reallaşdırılması üçün ən münbit ölkələrdəndir.

Kataloniya hadisələrinə də toxunan Kral bunu dünya üçün demokratiya və konstitusion hüquqların qorunması baxımından ciddi dərs adlandırıb. VI Felipe qeyd edib ki, demokratiyanın və ölkənin vahidliyinin qorunması ən vacib məsələdir. Məlum hadisələrdə də vahid ispan xalqı öz iradəsini nümayiş etdirdi və bununla da bir daha dərin hörmətə layiq olduğunu sübut etdi. Bu il 40 yaşı tamam olan İspaniya Konstitusiyasının əsas qayəsinin demokratik ənənələr və dəyərlər olduğunu deyən Kral ispanların XXI əsrdə tərəqqiyə ümumi məqsədlər, razılaşdırılmış fəaliyyət və dəqiq strategiya ilə nail olacağını da vurğulayıb.

Həmçinin diqqətə çatdırılıb ki, son 3 ildə İspaniyada 2 milyondan çox iş yeri açılıb, dövlət büdcəsinin kəsiri 70.000 milyon avro azalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp