İspan qapıçı Premyer Liqada oynamaq üçün 4 milyon avro ödəyəcək
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
“Hetafe”nin qapıçısı Visente Quaita karyerasını İngiltərədə davam etdirmək arzusundadır. Onunla “Cristal Pəlas” ciddi maraqlanır.
“Hetafe” 30 yaşlı qolkiperə görə 8 milyon avro tələb etsə də, London klubu 4 milyon avro ödəməyə hazır olduğunu bildirmişdi.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Quaita Premyer Liqada oynamaq xatirinə qalan 4 milyon avronu özü ödəyəcək. O, artıq “Cristal Pəlas”in bazasında tibbi müayinədən də keçib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində