İki meymun klonlaşdırıldı – Dünyada ilk dəfə



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Çinli molekulyar bioloqlar tarixdə ilk dəfə olaraq bir meymundan iki normal klon alıblar. Onlar Dolli adlı qoyunun klonlaşdırılması zamanı istifadə olunmuş metoddan yararlanıblar.

Milli.Az Cell-ə istinadən bildirir ki, meymunların klonlaşdırılması metodikası elm üçün yeni imkanlar yaradır. Alimlər tam identik gen toplumu primatları yetişdirə biləcəklər. DNT-nin, sadəcə, bir sahəsi istisnadır ki, onu da alimlər dəyişiblər.

“Yeni metodika bir çox genetik xəstəliklərin mahiyyətini anlamaqla yanaşı, xərçəng və immun pozuntuları kimi ağır xəstəliklərlə yeni mübarizə metodlarını hazırlamağa təkan verəcək”, – Çinin Şanxay şəhərindəki Neyrofiziologiya İnstitutunun nəzdindəki Primatların Tədqiqatı Mərkəzinin  direktoru Szyan Sun deyib.

Çinli alimlər Yava makakası (Macaca fascicularis) cinsindən olan iki meymunu klonlaşdırıblar. Tam eyni DNT-yə malik olan Çjun Çjun və Hua Hua adlı meymunları 8 və 6 ay əvvəl surroqat ana meymunlar doğublar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ученые впервые клонировали обезьян

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp