Huawei Honor View 10 satışa çıxarılır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Huawei” şirkəti ön paneli əhatə edən ekrana malik çərçivəsiz dizaynlı “Honor View 10” smartfon modelini satışa çıxarır.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon 16 meqapikselli rəngli və 20 meqapikselli monoxrom sensordan ibarət qoşa əsas kamera ilə təchiz edilib. Kamera 60 kadr/saniyə sürətində “4K” videoçarxlar və “Full HD” formatlı videolar çəkə bilir. Ön paneldə “selfie” üçün 13 meqapikselli kamera yerləşir.

Məlumata görə, “Huawei Honor View 10” modeli “Full HD+” (2160 x 1080 piksel) təsvir ölçülü 5,99 düym diaqonallı ekran, “Home” düyməsində barmaq izi skaneri ilə təchiz olunub. Yeni qurğunun aparat əsasını “Kirin 970” prosessoru, 6 giqabaytlıq operativ yaddaş və “microSD” formatlı yaddaş kartları ilə 256 giqabayt tutumadək genişləndirmə imkanına malik 128 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 3750 milliamper/saata bərabərdir.

“EMUI 8.0” interfeysli “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon iki SİM kartdan istifadəni, “4G LTE”, “Wi-Fi” (802.11ac), “Bluetooth 4.2 LE, “NFC”, “GPS” modullarını dəstəkləyir. Ölçülər 157 x 74,98 x 6,97 mm, çəki 172 qram təşkil edir.

 

“Huawei Honor View 10” smartfonu qara və tünd-göy rəngli korpuslarda təqdim ediləcək. Satışlarına yanvarın 29-dan etibarən “Huawei” şirkətinin rəsmi internet mağazasında başlanacaq smartfonun tövsiyə edilən pərakəndə satış qiyməti 620 dollar təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp