Həris insanı gözləyən 2 yol



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Hər bir insan istəyir ki, dünyadakı şəraiti yaxşı olsun. Ancaq insan gərək bu yolda həris olmasın və maddi dünyasına görə mənəvi dünyasını unutmasın.

İmam Baqir (ə) həris insan haqqında buyurur: “O qədər həris insan dünya məsələlərini (maddiyyatı) əldə etmişdir və öz bədbəxtliklərinə səbəb olanları hazır etmişdir”.

 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu hədis bizə xəbərdarlıq edir ki, həris insanın axırı heç də yaxşı olmur. Həris insanı iki yoldan qeyrisi gözləmir.

 

Birincisi budur ki, həris insan dünya malına bağlı olduğu üçün daha çox mal əldə etmək yolunda şəxsiyyətini itirər, hətta depressiyaya düşər və ruhi çətinlik çəkər.

 

İkincisi isə həris insan dünya malına qərq olduğu üçün başqa insanları, xüsusilə də dindarları məsxərə edərlər. “Dünya həyatı kafirlərin gözündə (şeytanın və pis işlərə əmr edən nəfsin vasitəsi ilə) zinətlənmişdir və onlar (yoxsul) möminlərə məsxərə edirlər, halbuki, təqvalılar Qiyamət günü onlardan üstündürlər. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir”. (“Bəqərə” 212).

 

Allah Təala bizləri hərislikdən uzaq qərar versin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp