“Həlli uzanmış münaqişələrin nizamlanması prioritetlər sırasındadır”
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
ATƏT məkanında həlli uzanmış münaqişələrin nizamlanması 2018-ci ildə ATƏT Parlament Assambleyasının əsas prioritetlərindən biridir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ATƏT PA-nın prezidenti Georgi Sereteli təşkilatın Daimi Şurasının Vyanada keçirilən iclasında deyib.
G.Sereteli qeyd edib ki, miqrasiya, terrorizmlə mübarizə və uzun müddətdir davam edən münaqişələrin həlli 2018-ci il üçün ATƏT PA-nın əsas prioritetləridir.
Milli.Az