Gümüş bahalaşıb – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dünya bazarında gümüş bahalaşıb. Bəs bahalaşma yerli bazarda qiymətlərə necə təsir edib?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görünüş etibarilə ağ qızıldan fərqlənməyən gümüş əşyalara tələbat böyükdür. Məhz bu səbəbdən də dünya bazarında bu qiymətli metalın dəyəri artıb. Ancaq qiymət artımı daxili bazara təsir etməyib. Satıcıların sözlərinə görə, bahalaşma özünü adətən 1-2 aydan sonra göstərir.

Gümüşün satış və alış qiymətləri arasında 15-20 dəfəyə qədər fərq olur. Alış zamanı gümüş xammal kimi nəzərə alındığından qramı 30-50 qəpik arasında hesablanır. Satış zamanı isə qramı 6-7 manata qədər yüksəlir. Satış qiymətləri gümüşün ölçüsü və işlənməsinə görə dəyişir.

Gümüşə başda brilyant olmaqla, istənilən qaşı düzdürmək olur. Məhz bu səbəbdən də satıcılar sifariş də qəbul edirlər. Onların sözlərinə görə, gümüşə gənclər və kişilərin marağı daha böyükdür.

Zinət əşyalarıyla maraqlananlar arasında gümüş seçənlər az deyil. Onlar gümüşü əsasən aksessuar kimi istifadə etdiklərini deyirlər. 925 əyarlı gümüşdən hazırlanan üzük və qolbağlara tələbat daha çoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Gümüş bahalaşıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp