Fətva ilə hökmün fərqi nədir?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Fətva ilə hökmün fərqləri müvafiq məzmunlu şəriət kitablarında izah edilmişdir. Qısaca bunu deyək ki, fətva şəriətdə nəzərdə tutulmuş mövcud dəlillər əsasında verilir (Quran ayələrinə, hədislərə, icmaya və ağıla əsaslanaraq).

Milli.Az islam.az-a istinadən bildirir ki, hökm isə müctəhidin mövcud şəraiti dəyərləndirərək gəldiyi qənaəti əks etdirir. Əlbəttə, hökm verilərkən də şəriətdəki dəlillər nəzərə alınır, lakin bu dəlillər mücərrəd mənada deyil, mövcud şəraitə əsasən dəyərləndirilir. Buna görə də fətva zamana və şəraitə görə dəyişmir, hökm isə dəyişə bilər. Beləliklə, hökm fətvaya nisbətən daha geniş məfhumdur; deyə bilərik ki, məna etibarilə hökm fətvanı da özündə ehtiva edir.

Fətva, onu verən müctəhid və onun müqəllidləri üçün keçərlidir, başqaları həmin müctəhidin fətvasına əməl etməyə vəzifəli deyillər. Amma lazımi şərtləri özündə birləşdirən şəriət hakimi bir məsələdə hökm versə, hamı ona tabe olmalıdır. Hətta digər müctəhidlər də – əgər bu hökmün səhv olduğuna yəqinlikləri yoxdursa – hökmə əməl etməlidirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp