Düşüncə ilə idarə olunan ekzoskelet



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mütəxəssisləri əl üçün düşüncənin gücü ilə idarə olunan ekzoskelet düzəldiblər. Bu ixtira məhdud qabiliyyətli insanların həyatını asanlaşdırmaq üçün nəzərdə tutulub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, aparatda tətbiq edilmiş “beyin-kompüter” texnologiyası elektrodların dərinin alt hissəsinə yerləşdirilməsini tələb etmir. Elektrodlar şlemə qurulub. Beyin impulsları xüsusi şlemdən naqillər vasitəsilə pasiyentin bilək və barmaqlarına bərkidilmiş nazik metal “vətər”lərə ötürülür. Konstruksiyanın istifadəsi asandır və daşınması rahatdır. Ekzoskelet bir neçə dəqiqə ərzində quraşdırılır.

EPFL öz saytında qeyd edir ki, aparatı müxtəlif kateqoriyalı pasiyentlər üçün asanlıqla uyğunlaşdırmaq mümkündür. Məsələn, iflic olmuş insanlar gözlərin hərəkəti ilə ekzoskeleti idarə edə bilərlər. Həmçinin smartfonun köməyi ilə səsli idarəetmə imkanı nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp