Dünyanın ən nazik noutbuku təqdim edildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Acer” şirkəti “CES 2018” sərgisi çərçivəsində dünyanın ən nazik noutbuku “Swift 7”-ni təqdim edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, cihazın bağlanmış halda eni cəmi 8,9 millimetr təşkil edir. 

“Swift 7” futuristik dizayna malikdir və virtual olaraq böyüdülmüş mobil telefonu xatırladır. Olduqca kiçik ölçülərinə baxmayaraq, cihaz müasir texniki xüsusiyyətlərə malikdir. Bunların arasında dördüncü nəsil internet modul və yeni nəsil “İntel Core i” prosessorunu qeyd etmək lazımdır.

Cihazın təxmini olaraq 1700 dollar qiyməti var. Bu səbəbdən cihaz premium cihazlar seriyasına daxildir. Onun özəllikləri arasında həmçinin müasir 256 Gb SSD diskini, 8 Gb əməliyyat yaddaşını və displeyin yuxarı paneli hissəsində yerləşən daktiloskopik sensoru qeyd etməyə dəyər. Cihaz cari ilin mart ayında satışa çıxarılacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp