“Deportivo”nun türk futbolçusu məşqdən qovulmasına aydınlıq gətirib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Deportivo”da forma geyinən türk yarımmüdafiəçi Emre Çolak yanvarın 23-də baş məşqçi Kristobal Parralo tərəfindən məşqdən qovulmasının səbəbini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İnstagram hesabında məsələyə aydınlıq gətirən 26 yaşlı havbek bunu dil problemi ilə əlaqələndirib.

“Məşqdə dil probleminə görə çalışmanı anlamadım. Özümə əsəbləşib topa zərbə vurdum. Bu, heç kimə qarşı etiraz deyildi. Tamamilə özümə qarşı aqresiyyamdan ortaya çıxan bir hərəkət idi. Məşqçi: “Bir problem var? Məşq etmək istəmirsənsə, içəri get” – dedi. Problem olmadığını desəm də, dil probleminə görə bir-birimizi başa düşmədik. Məsələ budur. Daha sonra komanda ilə məşqə çıxmamağım da onun qərarıdır. Burda qaldığım müddətdə əlimdən gələnin ən yaxşısını edəcəyimdən heç kimin şübhəsi olmasın”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp