Dəfndən sonra qəbrin üzərinə su tökülməsinin mənası nədir?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu, dəfnin müstəhəb əməllərindəndir. İmam Cəfər Sadiqdən (ə) “əl-Kafi” kitabında rəvayət edilən hədisə görə məzarın torpağı nə qədər ki yaşdır, ölünün qəbir əzabı təxirə salınar. Hədislərdən məlum olur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) də öz qohumlarının dəfnindən sonra bu müstəhəb əməli edirmiş. Suyu məzarın baş tərəfindən başlayıb ayaq tərəfinə kimi səpir və yenə baş tərəfə qayıdıb dövrəni tamamlayırlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, su artıq qalsa, onu məzarın ortasına tökürlər. Adətən, bundan sonra mərhumun yaxınları əl barmaqlarını məzarın üstündəki nəm torpağa batırıb yeddi dəfə Qədr surəsini oxuyur, mərhumun ruhuna rəhmət diləyirlər. Məzara su səpmə mərasimini dəfndən sonra 40 gün ərzində təkrar etmək müstəhəbdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp