Çində ən məsləhət görülən smartfon brendi oldu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Çinin “Chnbrand” institutu istehlakçıların razılıq reytinqini (C-CSI) dərc edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu reytinqdə “Huawei” şirkəti mobil cihazların istehsalçı şirkətləri arasında ilk yeri tutub. Şirkət 80,2 xal toplayaraq, çinli istifadəçilərin fikrincə, 2017-ci ilin ən yaxşı brendi adını alıb. 

Bu adı “Huawei” ilk dəfədir qazanır. Buna qədər ilk yerləri “Apple” şirkəti tutub. Reytinq brendin məhsullarından istifadəçilərin nə dərəcə razı olmasını və brendi digər insanlara məsləhət görməyə hazır olma səviyyəsini nümayiş etdirib. Sorğuda Çinin 35 şəhərindən olan 15-64 yaş arasında olan 2,5 milyon insan iştirak edib. 

 

Əldə edilən mükafatı şərh edən “Huawei” nümayəndələri öz məhsullarının keyfiyyətinin daimi olaraq artdığını və yeni çoxsəviyyəli sınaqlar sisteminin tətbiq edildiyini qeyd ediblər. Bundan başqa, sənayedə qəbul edilmiş 200 min dəfə düyməni sıxmaq tələbini, “Huawei” 1 milyon dəfəyə artıraraq öz şəxsi standartını müəyyən edib. 

 

2017-ci il üçün “Chnbrand”a 6 000 yaxın brend təqdim edilib. Onların 60 faizi Çin istehsalçılarının brendləri olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp