Bukmekerlər açıqladı: Azərbaycan, yoxsa Kosovo?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

UEFA-nın yeni layihəsi olan Millətlər Liqasının əmsalları açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, dünyanın aparıcı bukmeker şirkətləri 4 liqada keçiriləcək yarışın qalibi, həmçinin qruplarda birinci yeri tutmağa əsas namizədləri müəyyənləşdirib.

Azərbaycan millisinin çıxış edəcəyi D liqasında da ən şanslı komandalar bəlli olub. Proqnoza əsasən, III qrupun favoriti Qurban Qurbanovun yetirmələridi. Bukmekerlər yığmamızın mərhələ adlayacağını 1,85 əmsalla qiymətləndiriblər. Kosovonun qrup qalib olmasına isə 2,95 əmsal verilib.

Digər rəqiblərimizə gəlincə, Farer adalarının pley-offa çıxması 7,00, Maltanın bu uğura imza atması isə 13 əmsaldı.

Qeyd edək ki, Millətlər Liqasının oyunlarına sentyabrda start veriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp