Bu dəfə 10 gün sürə bilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İstanbulda yenə dəniz reysləri təxirə salınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi belə bir qərarın qəbul edilməsini hazırda İstanbulda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqələndirib.

Qeyd edək ki, bu gün İstanbulda yağışla müşayiət olunan güclü külək əsir. Sinoptiklərin proqnozlarına görə, qeyri-sabit hava şəraiti İstanbul akvatoriyasında hələ təxminən 10 gün davam edəcək.

İdarədən verilən məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar Bursada da dəniz reysləri təxirə salınıb.

Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi tərəfindən verilən məlumatda həmçinin qeyd edilir ki, dəniz reyslərinin təxirə salınması ilə əlaqədar “Marmaray” tuneli gücləndirilmiş iş rejiminə keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp