Braziliya Parlamentinin binasında yanğın



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Braziliya parlamentinin Deputatlar Palatasının binasında yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğının qısaqapanma səbəbindən başladığı ehtimal edilir.

Yanğının qarşısı alınsa da, plenar iclas zalına böyük ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Braziliya parlamenti hazırda qış fasiləsindədir və fevral ayında işini bərpa edəcək.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp