Bayılda sürüşmə zonasındakı evlər söküləcək, əgər…



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bayılda baş verən sürüşmə ilə əlaqədar orta məktəb binasında müvəqqəti yerləşdirilmiş ailələr də yaxın bir neçə gün ərzində kirayə evlərə köçürüləcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

İ.Kərimov bildirib ki, ərazidən köçürüləcək sakinlərə kirayə pulu veriləcək:

“Hazırda sürüşmə zonasında mütəxəssislər işləyirlər. Onlar ərazidəki vəziyyətlə bağlı rəy verəcəklər. Həmin araşdırma aparılan müddətdə – bunun neçə ay olacağını bilmirəm – Nazirlər Kabinet (NK) tərəfindən bu ailələrin kirayə pullarının verilməsi təmin ediləcək. Ondan sonra mütəxəssislərin rəyinə uyğun olaraq, NK hansı qərarı qəbul etsə, biz icracı orqan olaraq, onu icra edəcəyik”.

İ.Kərimov deyib ki, əgər mütəxəssislər ərazidə möhkəmləndirmə işləri aparılmaqla yaşayış üçün təhlükənin aradan qalxdığını müəyyən etsələr, onda sakinlər qeyri-qanuni inşa etdikləri evlərinə qayıda biləcəklər. Mütəxəssislər ərazidə yaşayışın mümkün olmadığını və köçürülmənin vacib olduğunu müəyyən etsələr, icra hakimiyyəti oradakı evləri sökərək sakinləri köçürəcək:

“Həmin ərazidə evlərin demək olar ki, 99 faizinin sənədi yoxdur. Orada yaşayanların 34-ü qaçqın ailəsidir”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp