Bayılda 67 ailə köçürüldü – FOTO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Səbail rayonunun Bayıl qəsəbəsində sürüşmə olan ərazilərdən 67 ailə köçürülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sakinlər üçün rayon ərazisindəki 49 saylı orta məktəbdə sığınacaq yaradılıb.

Sakinlər Trend-ə bildiriblər ki, rayon icra hakimiyyətinin nümayəndələri yaxın günlərdə köçürülən sakinlərə kirayə pulu üçün kompensasiya veriləcəyini deyiblər: “Ailələrin bir qismi orta məktəbdə yerləşdirilib. Qalan ailələr isə başqa ərazidə yaşayan qohumlarının evlərinə köçüb. Hazırda evlərdə böyük çatlar var, amma zədələnməyən evlərdəki ailələr də təhlükəsizlik üçün köçürülüb”.

Xatırladaq ki, sürüşmə baş verən ərazi təhlükəsizlik zolağı ilə əhatələnib. Ərazi polis nəzarətinə götürülüb.

Hadisə yerində Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp