Bayıl yamacında yaşayan ailələr köçürülür



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakı Televiziya Qülləsinin yaxınlığındakı yaşayan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilib. Başqa yerdə gecələməyə imkanı olmayan sakinlərə paytaxtın Səbail rayonu ərazisindəki 163 saylı məktəbdə sığınacaq verilib. Onlar qida və su ilə təmin olunub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sürüşmə sahəsində yerləşən evlər icra orqanları tərəfindən qeydə alınıb.Təhlükəsizlik baxımından 68 evin sakini məktəblərə yerləşdirilib.Umumilikdə 80 ailənin köçürülməsi nəzərdə tutulur.

Lakin edilən xəbərdarlıqlara və real təhlükəyə baxmayaraq evindən çıxmaq istəməyənlər də var.

Ərazidə isə hazırda mütəmadi olaraq xüsusi cihazlar vasitəsi ilə hesablamalar aparılır. Çatlar üzərində yeni mayaklar quraşdırılıb və bu gün çatlarda artım qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli geoloji kəşfiyyat xidmətinin dəstə rəisi Rafiq Həsənovun sözlərinə görə, sürüşmə sahəsinə yaxın yerləşən evləri təhlükə gözləyir.

Artıq məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən də müvafiq qərar qəbul olunub. Sürüşmə zonasında evi olan 80 ailəyə bu aydan etibarən kirayə pulu ödəniləcək. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bayıl yamacında yaşayan ailələr köçürülür

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp