Bakıda yaşayış binasında YANĞIN: sakinlər təxliyə edildilər
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Bakıda yaşayış binasında yanğın olub.
Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 5 p.m kabel yanıb.
Yanğınsöndürənlər tərəfindən 13 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edilib.
Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.
Milli.Az