Bakıda tapançalı şəxs tutuldu – Deyir ki, silahı satırmış
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
DİN-dən Milli.Az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevin üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarınnın həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “TT” markalı tapança, 3 ədəd patron, 1 ədəd həmin silaha məxsus sandıqça və narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində odlu silah-sursatı satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib.
Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.
Pünhan Mirzə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində