Bakıda silahlı şəxs tutulub – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakıda satmaq niyyəti ilə üzərində silah gəzdirən şəxs tutulub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Səbail Rayon Polis İdarəsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevin üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin izinə düşərək onu saxlaya biliblər. Odlu silah həmin vaxt ondan alınaraq zərərsizləşdirilib.

Saxlanılan şəxs ilkin ifadəsində odlu silah-sursatı satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib.

Faktla bağlı Ələddin Abdullayev barəsində cinayət işi başlanıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda silahlı şəxs tutulub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp