Bakıda işıqforun qırmızı işığında keçən maşın digər avtomobillə toqquşub



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığında keçən avtomobil qəza törədib.

Milli.Az “Report”a istinadən bildirir ki, “90-AR-681” dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobili idarə edən 1990-ci il təvəllüdlü Novruzəliyev Abdulkərim Müzəffər oğlu Cəlil Məmmədquluzadə küçəsi ilə hərəkətdə olarkən, işıqforun qırmızı işığında keçib.

Nəticədə o, Bakıxanov küçəsində hərəkətdə olan “Audi” markalı avtomobilə çırpılıb. Qəza zamanı A.Novruzəliyev ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hər iki avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp