Bakıda “avtoş”lar üçün xüsusi yer – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Son iki gündə ölkədə yadda qalan hadisə içərisində Bakıda yol polisinin başağrısına çevrilən avtoxuliqanın saxlanması görüntüləri olub.

Milli.Az bildirir ki, ARB TV-nin “Günə Doğru” verlişində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Sözügedən videosüjetdə paytaxtın inzibati ərazisində 23 yol polisinin təqibi ilə saxlanılan film kimi bu hadisənin görüntülər sosial medianın gündəminə çevrilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 33 yaşlı paytaxt sakini Ramin Ağasıyev tanışına məxsus maşınla kobud qayta pozuntusuna görə, saxlanılmasına cəhd edilsə də,  sürücü buna məhəl qoymayıb. Nəticədə uzun təqibdən sonra suni tıxac vasitəsilə saxlanılıb.

Bu hadisə illər öncə irəli sürülən bir məsələni belə, sürücülər üçün xüsusi meydançanın və ya ərazinin ayrılmasını yenidən aktual edir. Cəmiyyət tərəfindən etirazla qarşılanan avtoş-larla bağlı səslənən sərt çıxışlar sonda qanunda ciddi dəyişkiliklərə gətirib çıxardı.

Avtoxuliqanlarla bağlı fikir bildirən millət vəkili Fazil Mustafa, əsasən bu qəzalara səbəb kimi gəncləri görür:

“Avtoxuliqanlarla məşğul olanlar əsasən gənclərdir. Yaşlı insanlar hər halda xuliqanlıq etmirlər. 

Avtomobillərini ictimai səviyyəni pozacaq qayadada idarə etmirlər. Bunun səbəbi nədir? Səbəbi odur ki, başqa sahələrə gənclərin yönləndirilməsinə ehtiyac var”.

Bu da bir həvəs kimi sonradan azalsa da, görülən tədbirlər də ərazinin təhükəlilik dərəcəsini azaltdı. Ekpertlərin fikrincə illər öncə bu kimi hərəkətlərə yol verən sürücülərə rəğibət bəslənsə də indi, vəziyyət tamam fərqlidir.

Ekspert Elməddin Muradlı deyir ki, insanlar avtoxuliqanlıq videoları görəndə bir az təəccüblə yanaşırlar:

“5 il bundan qabaq tamam başqa cür idi. Buna adi hal kimi baxırdılar. Çünki Bakının hər küçəsində, hər yolunda belə hallar baş verirdi. Artıq o təhlükəsizlik kamerlarının quraşdırılması, yol polisini bu sahəyə nəzarətinin gücləndirilməsi belə deyək, yaxşı nəticə verdi”.

Avtomobil həvəskarları da, şəhərdə avtoşluq etməyə yaxşı baxmır. Amma onlar adrenalin dolu bu hərəkətləri etmədən qala da bilmirlər.

Ekspert Elməddin Muradlı Bakı şəhərində belə bir yerin olduğunu deyir:

“Bakı Olimpiya kompleksinin ərazisində bu kimi tədbirlər keçirilir. Təhlükəsizlik şərtlərinə əməl etməklə orada müəyyən abrierlər quraşdırılır, təkərlərdən mühafizə səddi qoyulur və digər elementlərə diqqət yetirməklə sürüş təlimləri keçirilir”.

İnzibati Xətalar məcəlləsinə edilən son dəyişiklikdən sonra, bu kimi əməllərə yol verən sürücülərə qarşı sərt qərarlar çıxarılıb. Hansı ki, avtoşluq etməzdən öncə bir xeyli düşündünməyə məcbur edir.

Avtoşluq bir xəstəlik, bir hiss, bir adrenalin ola bilər. Amma insan həyatını təhlükəyə atacaq qədər vacib əməl sayıla bilməz. Bunun üçün də, risk etməyə dəyməz. Ən azından sağlam həyat və sağlam cəmiyyəti düşünmək yetər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp