Bakıda ağaclara qənim kəsilənlər kimlərdir?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bir ərazidə ağacları kəsdilər, digərində isə ağacların dibinə quruması üçün yanacaq tökdülər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Nəsimi rayonu, 5-ci mikrorayon 20 Yanvar küçəsi 24 ünvanında yerləşən bir neçə ağacı naməlum şəxs və şəxslər qanunsuz olaraq kəsiblər. Bundan sonra ərazidə yaşayan sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə eləcə də, Bakı Şəhər İcra Hakimiyyəti yanında Yaşıllaşdırma Təsərüfatı Birliyinə müraciət ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, həmin ünvanda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerindəcə araşdırılıb.

Sözügedən ünvana keçirilən baxış zamanı ərazidəki yaşıllıq sahəsində 12-16 santımetr diametrində 2 ədəd ağacın kök boğazından, bir neçə ağacın isə yuxarı hissəsindən kəsildiyi aşkar olunub. Kəsilən ağacların yerində isə yeniləri əkiləcək.

Araşdırma zamanı qanun pozuntusuna fiziki şəxs Abbas Hüseynov tərəfindən yol verildiyi müəyyənləşdirilib. Faktla bağlı Abbas Hüseynov barəsində protokol tərtib edilib və ona ümumilikdə 2900 manat məbləğində cərimə tətbiq olunub.

Xətai rayonu, İnqilab İsmayılov küçəsi 6 ünvanında isə ağaclar qəsdən qurudulub. Əraziyə baxış keçirən qurumun əməkdaşları araşdırma aparıblar. Araşdırma zamanı, ərazidəki yaşıllıq sahəsində 12-40 santımetr diametrində 6 ədəd müxləlif cinsli ağacın naməlum şəxlər tərəfindən dib hissəsinin qazılaraq dizel yanacağının töküldüyü faktı aşkar olunub.

Sözügedən ağaclara zəruri aqrotexniki xidmətin göstərilməsi üçün nazirlik tərəfindən Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Faktla bağlı akt tərtib edilib və təqsirkarların tapılması üçün Xətai rayon Polis İdarəsinə müraciət olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda ağaclara qənim kəsilənlər kimlərdir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp