Bakı-Rostov qatarının hərəkətində dəyişiklik – Yeni CƏDVƏL
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Bakı – Rostov sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Milli.Az-a verilən məlumata görə, “Rusiya Dəmir Yolları” ASC tərəfindən sərnişin qatarlarının hərəkət cədvəllərində aparılan dəyişikliklərə əsasən, Rusiya Dəmir Yollarına məxsus heyətlə hərəkət edən 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarının hərəkət cədvəli 27.01.2018-ci il tarixdən etibarən dəyişdirilir.
Qatar öz dövriyyəsi ilə – payız-qış mövsümündə dörd gündən bir, yay mövsümündə isə günaşırı hərəkət etməklə, 27.01.2018-ci il tarixdən etibarən ayın tək tarixlərində saat 3-25-də yola düşəcəkdir.
Yusif Nəsirli
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində