Bakı-Qazax yolunda nəqliyyatın hərəkətində çətinliklər yaranıb
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Qatı duman Bakı-Qazax avtomobil yolunda nəqliyyatın hərəkətində çətinlik yaradıb.
Milli.Az report-a istinadən xəbər verir ki, yanvarın 25-də səhər saatlarından başlayaraq Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qatı duman müşahidə olunmağa başlayıb.
Nəticədə avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb. Hazırda DYP əməkdaşları tərəfindən hansısa qəzanın baş verməməsi üçün ərazidə avtomobillərin hərəkətinə nəzərət edilir.
Milli.Az