Azərbaycanın AŞ PA-dakı nümayəndəsi komitə sədri seçildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın AŞ PA-dakı nümayəndəsi, Milli Məclisin üzvü Sevinc Fətəliyeva yenidən qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri seçilib.

Bu barədə S.Fətəliyeva özü Trend-ə məlumat verib.

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Səfər yanvarın 28-də başa çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp