Azərbaycandan imtina edən futbolçu “Artsax”a keçdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanın U-21 millisində oynamaq üçün dəvət göndərilmiş daha bir futbolçunun adı məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, dağıstanlı Samur Ağaməhəmmədovdur.

O, 21 yaşadək millimizdə oynamaq üçün AFFA-dan təklif aldığını bildirib. Lakin bundan imtina edən rusiyalı futbolçu Ermənistanın I divizionunda çıxış edən “Artsax”a keçib.

“Mən Azərbaycanın U-21 komandasından təklif almışdım. Ancaq menecerimə inandım və “Artsax” klubuna keçməyə qərar verdim. Təəssüratlar çox yaxşıdır. “Artsax” iddialı klubdur və biz çempionluq uğrunda mübarizə aparacağıq”, – deyə Samur Ağaməhəmmədov bildirib.

FC Artsakh adlı şəxsin şəkli.

Qeyd edək ki, “Artsax” klubu ötən il Yerevanda Çexiya vətəndaşlığı olan Qarabağ ermənisi Sevan Aslanyan tərəfindən yaradılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp