Azərbaycanda nikah müqaviləsi məcburi ola bilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburi ola bilər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, belə bir təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva komitənin iclasında çıxış edib.

Millət vəkilinin sözlərinə görə, bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar və ailə institutu möhkəmlənər.

Bundan başqa, komitənin iclasında uşaqların cinsi istismara məruz qalmaları ilə bağlı cəzanın sərtləşdirilməsi də təklif olunub və Milli Məclisin yaz sessiyasında bu məsələnin müzakirə olunacağı bildirilib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirə edilib. Müzakirə zamanı millət vəkili Musa Quliyev əlillərin reyestr xidmətinin yaradılmasını təklif edib.

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov iş yerlərində əlillər üçün kifayət qədər kvotanın ayrıldığını, ancaq buna əməl edilmədiyini bildirib.

Müzakirələrdən sonra qanun layihəsinə yenidən baxılması üçün Milli Məclisin Sosial qanunvericilik şöbəsinə göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Nikah müqaviləsi məcburi ola bilər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp