Azərbaycan AŞ PA-nın monitorinq prosedurunu dəyişdirməyi təklif edir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) həyata keçirdiyi monitorinq prosedurunu dəyişdirmək lazımdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov AŞ PA-nın qış sessiyasında deyib.

AŞ PA-nın monitorinqi 1993-cü ildən keçirilir.

Monitorinqin məqsədi üzv ölkələrin Avropa Şurasının standartları, qanunun aliliyi prinsipləri, parlament demokratiyası və insan hüquqlarının qorunması prinsiplərinə uyğun müəyyən edilmiş ümumi hüquqi və siyasi çərçivədə olduğuna əmin olmaqdır.

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Səfər yanvarın 28-də başa çatacaq.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp