AŞPA-nın Alt Komitəsinin yeni tərkibi açıqlanıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Münaqişələr üzrə Alt Komitəsinin yeni tərkibi təsdiqlənib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda Alt Komitənin sədri seçilib.

Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən Alt Komitənin üzvü seçilib. Alt Komitənin sədri və üzvləri bir il müddətinə seçiliblər.

Xatırladaq ki, bundan əvvəl Münaqişələr üzrə Alt Komitənin sədri missiyasını AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə digər həmməruzəçisi Ştefan Şennak həyata keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp