AŞPA-da Sevinc Fətəliyevanın hazırladığı hesabat əsasında qətnamə qəbul edilib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində “Hərbi münaqişələrdən zərər çəkən uşaqların qorunması” adlı qətnamə qəbul edilib.

Milli.Az “Report”a istinadən bildirir ki, qətnamə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Assambleyanın Sosial Məsələlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyevanın hazırladığı hesabat əsasında qəbul edilib.

Qətnamədə silahlı münaqişələrdə uşaqların zorakılığa və ölümə məruz qalan həssas qrup olduğu, onların silahlı münaqişələrdə iştiraka məcbur edildiyi qeyd olunub.

Qətnamədə həm münaqişələrin mövcud olduğu ölkələrdə, həm də münaqişə ərazilərindən qaçıb gedən insanları qəbul edən ölkələrdə sosial yardımın, uşaqlar və ailələr üçün iqtisadi, sosial imkanların yaxşılaşdırılması proqramlarının, eləcə də digər vasitələrlə uşaqların dəstəklənməsi mexanizmlərinin gücləndirilməsi tövsiyə edilir.

Qətnamənin lehinə 39 nəfər səs verib, 2 nəfər bitərəf qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp