“Arsenal” derbini qazanıb, finala çıxdı – VİDEO
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, “Mançester Siti”dən sonra “Arsenal” da finala yüksələn tərəf olub.
London klubu derbidə doğma meydanda “Çelsi”yə qalib gəlib. Komandalar arasındakı ilk oyunda hesab açılmamışdı. Bu matçda 2:1 hesablı qələbə qazanan “topçular” həlledici oyuna çıxamağa haqq qazanıblar.
Arsen Vegngerin komandasında Qranit Caka fərqlənib, digər qolu isə Rüdiger öz qapısından keçirib. “Çelsi”nin təsəlli qolu isə Eden Azara məxsusdu.
Qeyd edək ki, ilk yarımfinal matçında “Mançester Siti” “Bristol”a qalib gəlmişdi – 3:2.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin