Amerikalı və britaniyalı könüllülər Suriyaya



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“The Daily Mail” qəzeti yazır ki, britaniyalı və amerikalı könüllülər kürdlərin tərəfində Türkiyəyə qarşı döyüşmək üçün Suriyaya səfər etməyə hazırlaşırlar. Onlar deyirlər ki, İŞİD-ə qarşı döyüşmüş kürdlərə kömək etmək onların mənəvi borcudur.

Mançester şəhərindən olan 24 yaşlı Çin əsilli britaniyalı Huanq Ley artıq Suriyadakı YPG qüvvələrinə qoşulub və deyir ki, onunla eyni dəstədə daha iki britaniyalı var.

Türkiyə Suriya kürdlərinin YPG birliklərini terrorçu təşklilat hesab edir, lakin bu qrup ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində onun əsas müttəfiqidir.

Türkiyə silahlı qüvvələri hazırda Suriyanın şimalında kürdlərin nəzarətində olan Afrin anklavına müdaxilə əməliyyatı aparır. Xəbər verilir ki, ötən şənbə Türkiyə qüvvələri Afrində ciddi müqavimətlə üzləşiblər.

Bu arada YPG öz sıralarındakı əcnəbni döyüşçüləri göstərən video yayıb. Bu döyüşçülərdən biri Amerika ləhcəsində danışır. O, YPG qüvvələri ilə birlikdə, özünü İslam Dövləti adlandıran ekstremist qruplaşmaya qarşı döyüşüb.

Videodakı amerikalı deyir: “Biz hamımız Afrinə gedib Türkiyənin müdaxiləçi qüvvələrinə qarşı döyüşməyə hazırıq”.

“Biz bir xeyli vaxt təlim keçmişik. Biz YPG tərəfindən təchiz olunuruq və Türkiyə terrorçuları ilə döyüşə hazırlaşırıq, -həmin amerikalı deyib, – Biz Suriyada İŞİD-ə qarşı döyüşürdük, bir də eşitdik ki, Türkiyə Afrinə hücum edib və şəhəri bombalayıb. Biz ora getmək, şəhəri və sakinləri müdafiə etmək istəyirik”.

Çin əsilli Ley Manchester Universitetinin beynəlxalq siyasət fakültəsində təhsil alıb. O, BBC-yə deyib ki, “Afrini müdafiə etməyi özünə borc sayır”.

Ley bunu da deyib ki, orada Britaniyanın London və Leeds şəhərlərindən olan 20-dək könüllü var. Könüllülər habelə ABŞ, İspaniya, Almaniya və Fransadan gəlirlər.

Bu arada kürd döyüşçülərin əsasında qurulmuş Suriya Demokratik Qüvvələri (SDQ) deyib ki, Raqqada və Deyr əz-Zorda döyüşən əcnəbilər indi də Afrinə getmək istədiklərini bildirilər.

SDQ-nin vəzifəli rəsmisi Redur Xelil deyib ki, Afrinə yollanan əcnəbi döyüşçülərin sayı “onlarcadır”.

“Bunlar amerikalılar, britaniyalılar, almanlar, Avropa, Asiya və Amerikanın müxtəlif ölkələrindən olan müxtəlif döyüşçülərdir” – Xelil deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp