Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar fevral ayında Bakıya səfər edəcək.
Milli.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Avropa İttifaqının mətbuat xidmətindən məlumat verilib. Səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib.
Məlumata görə, səfər çərçivəsində T.Klaar bir neçə mühüm görüşlər keçirəcək.
Qeyd edək ki, T.Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.
Bu vəzifəyə təyin olunmamışdan öncə T.Klaar Aİ-nin Gürcüstanda müşahidəçilər missiyasının rəhbəri postunu tutub.
Xatırladaq ki, bundan öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber olub.
Milli.Az