AGİ Kəpəz Açıq Kuboku yarışında iştirak etməyə dəvət edir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiyasiyası (ARA)  birlikdə 28 yanvar Kəpəz Açıq Kuboku keçirdmək niyyətindədir. 28 yanvar Gəncə Dövlət Filarmoniyasında  Kəpəz Açıq Kuboku yarışında bütün rəqs növlərində rəqs  kollektivlərinin yarışı keçiriləcək. Bütün yaş kateqoriyalarında olan iştirakçılar bu nominasiyalarda mübarizəyə qoşulacaqlar: Çerlidinq, hip-hop, brek dans, rəqs şousu, klasik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, müəllif rəqsi və.s…

Azərbaycan Rəqs Assosiyasiyasının prezidenti və Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov deyir: ” Kubokun keçirilməsində əsas məqsəd müasir, istedadlı rəqs kollektivlərini, duet ifaçılarını, solistləri bu yarış vasitəsi ilə müəyən etmək və Azərbaycanı gələcəkdə Avropa və Dünya çempionatlarında təmsil etmək üçün secmək. Müsabiqənin digər mühüm vəzifələrindən  biridə rəhbərlər, müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaqdı. Uşaqları, yeniyetmələri və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. Biz məmnunuq ki, ildən-ilə bizim fəaliyətimiz daha da artır. Hər yeni ildə bizə Bakıdan və regionlardan daha çox kolektivlər qoşulurlar. Bu bizi sevindirmiyə bilməz, demək biz öz işimizi yaxşı görürük”.

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiyasiyasının Təşkilatı komitəsi bütün iştirakçılara uğurlar arzulayır və bir daha bu möhtəşəm tədbirdə hərkəsi iştirak etməyə dəvət edir!

Əlaqə üçün:
dance-az@mail.ru

(+99412) 497 12 36

(+99455) 707 90 02

İnformasiya dəstəyi –  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp