“Afrində 300-ə yaxın terrorçu zərərsizləşdirilib”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Afrində “Zeytun budağı” əməliyyatı uğurla davam edir, əməliyyat müddətində 300-ə yaxın terrorçu zərərsizləşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib ki, bu əməliyyat, həmçinin Avropanın marağındadır, çünki onun təhlükəsizliyi Türkiyədən başlayır.

B.Yıldırımın sözlərinə görə, “Zeytun budağı” əməliyyatı Türkiyənin iqtisadiyyatına təsir göstərməyəcək.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp