8 giqabayt operativ yaddaşlı kompüter brelok hazırlanıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Q-Stick” startapı eyniadlı “Q-Stick” kompüter brelok təqdim edib. İstehsalçı onu sinfində ən güclü qurğu adlandırır. Brelokun buraxılışı üçün vəsait toplanışı kampaniyası “Indiegogo” saytında aparılır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, müxtəlif əməliyyat sistemləri, o cümlədən ən son “Windows”, “Linux” və ya “Android” versiyaları ilə işləyən yeni qurğu “Blaze Plus” və “Blaze Pro” variantlarında satışa çıxarılacaq.

“Blaze Plus” breloku “Atom x7-Z8700” prosessoru ilə təchiz edilib: 14 nanometrlik texnoloji proses üzrə hazırlanan məhsula dörd 64 bitlik “Airmont” atomu, səkkizinci nəsil “Intel” qrafikası və ikikanallı “LPDDR3” yaddaş kontrolleri daxildir. Takt tezliyi 2,4 QHs-dək artırma imkanı ilə 1,6 QHs təşkil edir.

“Blaze Pro” versiyası 1,6 QHs nominal takt tezlikli dörd hesablayıcı nüvəyə malik “Atom x7-Z8750” çipinin idarəetməsi ilə işləyir. Qurğu “microSD” yaddaş kartı vasitəsilə 256 giqabaytadək artırma imkanı ilə 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub. Brelok rabitə üçün “Bluetooth 4.1” və “WiFi 802.11n/ac” modullarından istifadə edir. Qrafikanı “Intel HD Graphics 405” çipi həyata keçirir.  

Kompüter brelokunun üstünlükləri arasında 7 saniyəyə işə salınma, enerjiyə qənaətcil texnologiya, eləcə də “4K Ultra HD” formatlı videonu “HDMI 2.0” vasitəsilə ötürmə imkanı qeyd edilir.

“Q-Stick Blaze Plus” kompüter brelokun əsas versiyasının qiyməti 130 dollar, “Blaze Pro” versiyasının isə 179 dollar təşkil edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp