63 il sonra çıxarıldı: Bakıda unikal əməliyyat



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Paytaxt Bakıda fəaliyyət göstərən klinikalardan birində unikal cərrahiyyə əməliyyatı keçirilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, xəstənin 3 yaşında ayağına batan taxta parçası 66 yaşında çıxarılıb.

Həkimlər düz 63 il əvvəl xəstənin bədəninə girən yad cismi aşkarlayıblar.

Pasient bildirib ki, 3 yaşında olarkən yanan təndirə düşüb, bədəni geniş və dərin yanıq travması alıb. Bundan sonra uşaq üzərində çoxsaylı cərrahi əməliyyatlar keçirilib və həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib. Amma 66 yaşlı xanım pasientin ayağındakı yaralar heç sağalmayıb.

Müayinə zamanı yaraların dibində yad cismin olması şübhəsi yaranıb. Həkim Məhəmməd Kərimov deyir ki, əməliyyat zamanı xəstənin ayağından taxta parçası çıxıb.

Əməliyyatdan 1 həftə sonra müayinə zamanı yaraların təmizləndiyi, sağlam toxumanın inkişaf etiyi müşahidə olunub. Pasiyent isə uzun illərdir əziyyət çəkdiyi dözülməz ağrılardan, ağrıkəsici qəbulundan və gündəlik sarğılardan xilas olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
3 yaşında ayağına batan yad cisim 63 il sonra çıxarıldı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp