2 yaşlı qız siqaret çəkir, söyüş söyür – Valideynləri də baxıb gülür – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Polis sosial şəbəkədə videosu yayılan 2 yaşlı qızın valideynlərini axtarır.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, videoda təxminən 2 yaşı olan qızın siqaret çəkməsi, söyüş söyməsi əks olunub.

Kadrlar Rusiyanın Vladikavkaz bölgəsində çəkilib. Kameraya uşağın valideynlərinin də səsi düşüb. Onlar videoda gülür, uşağa söyüş öyrədirlər.

Uşağın siqaret çəkərkən öskürməməsindən məlum olur ki, siqaret çəkməsi ilk dəfə deyil, o, artıq öyrəşib.

Video sosial şəbəkələrdə yayılıb. Videonu çəkənlər ciddi şəkildə qınanılıb.

Rusiya polisinin verdiyi məlumata görə, valideynlərin kimliyi müəyyənləşən kimi onlar valideynlik hüquqlarından məhrum olunacaqlar.

Emin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

2 yaşlı qız siqaret çəkir - valideynləri də baxıb gülür

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp