Ərlə arvadı öldürdülər, orqanlarını çıxardılar, yedilər – Braziliyada şok cinayət



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yuvenal və Kristina Amaralın cəsədləri Braziliyanın Baiya ştatındakı Kamasari şəhərinin kənarında, ağaclıqda basdırılmışdı.

Polisdən verilən məlumata görə, Kristina Amaralın analıq yolu və digər daxili orqanları kəsilib götürülübmüş.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, bu amansız qətllə bağlı 29 yaşlı Daniel Santos Neves, 25 yaşlı Karlos Alberto Neres, habelə 13, 14 və 16 yaşlı üç yeniyetmə həbs olunub.

Polisdən verilən məlumata görə, cinayətkarlar Kristina Amaralı qətlə yetirəndən sonra onun daxili orqanlarını çıxarıblar, bişirib yeyiblər.

O da bildirilir ki, cinayətkarlar 44 yaşlı Kristina Amaralı 57 yaşlı əri Yuvenalın gözləri önündə zorlayıblar. Evə soxularaq ərlə arvaddan pulların yerini tələb edən cinayətkarlar bunu Yuvenalı “ram etmək” üçün etmişdilər.

Daha sonra Kristina Amaralın sağ qolu kəsilib, Yuvenalın belinin dərisi soyulub. Kristiannın başını kəsəndən sonra cinayətkarlar onu şaqqalayıblar.

Amaral ailəsi iki həftə əvvəl 70 min real, yəni təqribən 20 min dollar məbləğində təzminat almışdılar. Cinayətkarlar da həmin pulları arayırdılar.

Polis zabiti Mariya Tereza Santosun dediyinə görə, Daniel Santos Neves və Karlos Alberto Neresin hannibalizmə meylli insanlar olduğu güman edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp