Ərdoğan ABŞ-ı terrorçulara silah verməməyə çağırıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Yanvarın 24-də Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, danışığ zaman Suriyadaki son hadisələr, o cümlədən Türkiyənin “Zeytun budağı” əməliyyatı müzakirə olunub. Ərdoğan qeyd edib ki, Türkiyə Afrini terrorçulardan təmizləmək məqsədini güdür.

Türkiyə prezidenti həmçinin deyib ki, ABŞ PYD/YPG terrorçularını silahla təmin etməyi dayandırmalıdır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp