“”Zeytun budağı” əməliyyatı Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək məqsədini daşıyır”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün AŞPA-da “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirələrdə Azad Demokratlar Qrupu adına Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Q.Paşayeva çıxış edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, regional və beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün terrorizm təhlükəsinin aradan qaldırılması çox vacibdir deyən Q.Paşayeva qurumu terrorla mübarizədə Türkiyədə dəstək göstərməyə çağırıb: “Mən Türkiyədə dəfərlərlə olmuşam. Türkiyə-Suriya sərhədində regionlara səfər etmişəm. Mən qaçqın düşərgələrinə baş çəkib, terror təşkilatlarının əlindən birbaşa əziyyət görmüş insanlarla söhbət etmişəm. Bilirəm ki, bu insanlar Avropa Şurasından dəstək gözləyirlər. Avropada insan haqlarının qoruyucusu olaraq AŞPA bu insanlıq faciəsinə diqqət yetirməlidir. Türkiyə Avropa Şurasının təsisçi-üzvü olaraq öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək və terrordan əziyyət çəkmiş mülki vətəndaşları fundamental hüquqlarını qorumaq məqsədilə addımlar atmışdır”.

Millət vəkili qeyd edib ki, bu kontekstdə Türkiyə hərbi qüvvələrinin “Zeytun budağı” adı altında həyata keçirdiyi əməliyyatlar Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək, regionda terror təhlükəsini neytrallaşdırmaq və bununlada regionda yaşayan mülki vətəndaşları terror hücumlarından və hədələrindən qorumaq məqsədi daşıyır: “Bundan başqa “Zeytun budağı” əməliyyatı Türkiyənin beynəlxalq hüquqdan irəli gələn hüquqlarına uyğun başlanılıb. Bu kontekstdə BMT-nin terrorizm əleyhinə bir sıra qərarları və BMT Konvensiyasının özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsi Türkiyənin müdaxiləsinə haqq qazandırır. Suriyada PYD/YPG-nin məqsədi İŞİD-ə qarşı mübarizə aparmaq deyil, əraziləri işğal etmək və öz xeyirlərinə demoqrafik vəziyyəti dəyişməklə beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymaq idi. Türkiyə YPG və İŞİD tərəfindən həyata keçirilən terror hücumlarından çox əziyyət çəkib. Bu terror hücumları çoxlu sayda günahsız insanın ölümünə səbəb olub. Ümid edirəm ki, Türkiyənin həyata keçirdiyi əməliyyat Suriyanın şimalına sülh və sabitlik gətirəcək və regionda yaşayanlar yenidən alçaq terror hücumlarına məruz qalmayacaqlar”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp